Avropa yeni böhranın bir addımlığındadır – Mərkəzi Bankdan xəbərdarlıq

Avropa Mərkəzi Bankının rəsmisi Avropanın maliyyə rəhbərlərini “ayıq-sayıq” olmağa çağırıb.

Xaricimedia.com “Sunday Express“-ə istinadən xəbər verir ki, bu barədə bankın İcraiyyə Şurasının üzvü Benoit Coeure xəbərdarlıq edib. Onun sözlərinə görə, iqtisadi inkişaf göstəricilərinin zəifləməsi yeni maliyyə böhranı ilə bağlı narahatlıqları artırır.

Benoit Coeure / Photo: wikimedia.org

O bildirib ki, ötən ilin dekabrında avrozona iqtisadiyyatı üzərində aparılmış son araşdırmalar biznes fəaliyyətinin son 4 il ərzində ən aşağı səviyyəyə düşdüyünü aşkarlayıb.

Vəziyyət inkişaf və tənəzzül arasında müəyyən edilmiş baryer əsasında qiymətləndirilib. “50” baldən yuxarı qiymətləndirmə inkişafı göstərir, 50-dən aşağı göstərici isə tənəzzülü. Noyabrda bu göstərici 52.7 olub, dekabrda isə 51.1 səviyyəsinə enib.

Son vaxtlar uğursuz iqtisadi göstəricilərlə bağlı narahatlıq keçirən Avropa Birliyi son araşdırmalar əsasında vəziyyətin daha ağır olduğunu aşkarlayıb. Artıq son 2 rüb ərzində Ümumi Daxili Məhsul istehsalının artım tempi zəifləməkdə davam edir.

“France Inter” radiosuna danışan Benoit Coeure bildirib ki, tənəzzül göstəriciləri maliyyə böhranı riskini artırır: “Çox ayıq-sayıq olmalıyıq”.

Paylaş