Çin hökuməti əhalinin azalmasından narahat olmağa başlayıb

2029-cu ilə qədər Çin əhalisinin sayı 1,44 milyard nəfərə çatacaq.

XariciMedia/com BBC-yə istinadən xəbər verir ki, bunun ardınca isə Çin əhalisinin sayında qarşısıalınmaz azalma prosesi başlayacaq.

Çin Sosial Araşdırmalar Akademiyasının tədqiqatlarına görə, hökumət daha az işçi qüvvəsi ilə iqtisadiyyatı idarə etmək üçün öz siyasətini işləyib hazırlamalı və yaşlı əhali ilə bağlı ayrıca proqramlar qəbul etməlidir.

Birləşmiş Millətlər Təşkilatının ən son hesablamalarına görə, Çinin əhalisi 1,41 milyard nəfər təşkil edir. 2015-ci ildə dünyanın ən çox əhalisi olan ölkədə “bir uşaq” siyasətini dayandırıb.

Hazırda sürətlə inkişaf edən Çin iqtisadiyyatı işçi qüvvəsinin çatışmazlığı ilə üz-üzə qalıb. Bu problemin böyüməsini önləmək üçün Çin hökuməti “bir uşaq” siyasətinə son qoyub.

Source: The World Bank

Əsrimizin ortalarına doğru Çin əhalisinin sayının 1,36 milyard nəfərə qədər azalması gözlənilir. Bunun nəticəsi olaraq iş qüvvəsinin sayı 200 milyon nəfər azalacaq. Bu zaman işçi qüvvəsinin nisbəti qeyri-işçi qüvvəsinə nəzərən arzuolunmaz dərəcədə aşağı düşəcək.

Əhalinin təbii artım göstəriciləri azalmaqda davam edərsə, 2065-ci ildə Çin əhalisi 1,17 milyarda qədər enə bilər.

Daha əvvəlki proqnozlarda bildirilirdi ki, Çində yaşlı əhalinin sayı 2017-ci ildəki 240 milyon nəfərdən 2035-ci ildə 400 milyon nəfərə çata bilər. Bu da işçi qüvvəsi nisbətinin azalması deməkdir. Bu üzdən də Çin “bir uşaq” siyasətini yumşaltmaqla problemləri önləməyə çalışır.

Paylaş