İŞİD-in raket hücumunun arxasında kimlər dayanır… – İlginc detallar

İŞİD-in Suriya ərazisinə endirdiyi raket zərbəsi zamanı Böyük Britaniyanın iki xüsusi təyinatlı əsgəri ciddi xəsarət alıb.

XariciMedia.com “Sky News“-a istinadən xəbər verir ki, hadisə şənbə günü baş verib. Hücum nəticəsində həmçinin bir kürd yaraqlısınını da öldürüldüyü xəbər verilir.

Yaralı Britaniya əsgərlərini ABŞ silahlı qüvvələri hadisə yerindən helikopterlə götürərək xəstəxanaya çatdırıb.

Britaniya və ABŞ qüvvələri İŞİD-ə qarşı mübarizədə kürd silahlı qruplaşmaları ilə birlikdə fəaliyyət göstərirlər. Türkiyə isə kürd silahlı dəstələrini terror təşkilatı olaraq tanıyır və onlarla əməkdaşlığın əleyhinədir.

Kürd qruplaşmalarına məxsus “Rudaw news” xəbər agentliyinin məlumatına görə, İŞİD-in hədəfi Suriya Demokratik Qüvvələrinin (SDQ) Deir əz-Zor şəhərində yerləşən bazası olub. SDQ rəsmilərindən biri “Rudaw news”-a açıqlamasında bildirib: “İŞİD-in “ağıllı raket” hücumu nəticəsində YPG-nin bir döyüşçüsü öldürülüb, başqa birisi yaralanıb. Bundan başqa iki Britaniya əsgəri də ağır xəsarət alıb”.

Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsü isə hadisə ilə bağlı açıqlama verməkdən imtina edib: “Biz xüsusi təyinatlılarla bağlı açıqlama vermirik”.

Hadisənin şübhəli tərəfi ondan ibarətdir ki, dekabrın 19-da Donald Tramp “biz İŞİD-i Suriyada məğlub etdik, bu, bizim Suriyada olmağımızın yeganə səbəbi idi” deyə açıqlama vermişdi. Ardınca Tramp ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasına göstəriş vermişdi.

Türkiyə bu qərarı alqışlasa da, ABŞ-da və müttəfiq ölkələrdə bu qərara qarşı çıxanlar vardı. Görünür, hansısa qüvvələr məqsədli şəkildə İŞİD-i belə bir hücuma təhrik ediblər ki, Tramp Suriyadan çıxmaqla bağlı qərarını ertələsin.

Elə məlum açıqlamadan az sonra ABŞ-ın xarici işlər naziri Ceremi Hant bildirmişdi ki, “İŞİD Suriyada məğlub edilməyib”.

Baş verənlərdən sonra belə ehtimallar ortaya çıxır ki, ABŞ hökumətində İŞİD-ə təsir imkanı olan və yönləndirə bilən qüvvələr var. Hər halda ABŞ qoşunlarının Suriyanı tərk etmək istədiyi bir vaxtda İŞİD-in özünü göstərməsi çoxlu suallara yol açır.

Böyük Britaniya Suriyada İŞİD-ə qarşı ABŞ qüvvələri ilə əməkdaşlıq edən yeganə ölkədir.

Paylaş