Qızıl yatağı çökdü, 40 nəfər həlak oldu

Əfqanıstanda qızıl şaxtasının çökməsi nəticəsində ən azı 40 nəfər həlak olub.

XariciMedia.com BBC-yə istinadən xəbər verir ki, hadisə Bədəxşan əyalətinin Kohistan rayonunda baş verib.

Verilən xəbərlərə görə, kəndlilər çay yatağında 60 metr dərinliyə qədər qazıntı apararaq qızıl axtararkən dağıntılar altında qalıblar.

Əfqanıstan yeraltı sərvətlərlə zəngin olsa da, şaxtalar köhnədir və iş şəraiti təhlükələrlə doludur. Bildirildiyinə görə, çökmə zamanı kəndlilər qazıntı işləri üçün ekskavatordan stifadə edirmişlər.

Həlak olanlardan başqa, ən azı 7 nəfərin də xəsarət aldığı bildirilir. Kohistan rayonunun rəhbəri Rostam Raghi BBC-nin Əfqanıstan bürosuna bildirib ki, “yerli əhali hadisə yerinə axışaraq 13 fəhləni xilas etməyi bacarıblar. Uşaqlar da daxil olmaqla onlarla adam həyatını itirib”.

Paylaş