Tanınmış modelin başına duş düşdü, xəsarət aldı – Video

ABŞ-ın Los-Anceles ştatından olan tanınmış model və DJ Çarli Cordan hamam otağından videoçəkiliş apararkən başından “duş” zərbəsi alıb.

XariciMedia.com xəbər verir ki, şıltaq model öz qırmızı bikinisində hamam otağından video çəkərkən suyun təzyiqi altında silkələnən duş ucluğu öz yerindən şıxıb və modelin başına düşüb. Hadisə nəticəsində Ç.Cordan başından yüngül xəsarət alıb.

Model Çarli Cordan / Photo: İnstagram

Cordan İnstaqramda kifayət qədər populyardır. Onun “hadisə yerindən” yayımlanmış fotoları izləyiciləri tərəfindən artıq 250 400 layk alıb.

Cordanın videoyayımı ötən ay izləyicilərindən soruşduğu maraqlı sualın ardından gəlib. Model öz izləyicilərindən soruşmuşdu ki, “kimsə mənə deyəcəkmi bu dərəcədə ciddi olma?”.

Model Çarli Cordan / Photo: İnstagram

Cordanın İnstaqramda 1 milyon 500 min izləyicisi var. Artıq “ciddi olmaq”dan imtina etməklə bağlı missiya da tamamlandı – hamam otağından yayımladığı videodan sonra artıq “ciddi qız” kimi tanınmayacaq.

Paylaş