18 ildir ki, qoca ər-arvad hər gün bu oyunu oynayır: Ortada maraqlı bir mərc də var!

Bir evdə iki nəfərin yaşaması bəzən problemlər yaradır. Elə işlər var ki, heç kim könüllü olaraq görmək istəmir. Məsələn, yemək hazırlamaq, təmizlik işləri, qabları yumaq və s. məişət işləri…

Amma bu iki pensiyaçı qoca cütlük xoşbəxt nikahın düsturunu qəribə bir üsulla işə sala biliblər. Xoşbəxtlik düsturunun sirri isə çox sadədir: “Mario Kart 64” video oyunu! Xüsusən də o halda ki, ortada mərc olsun!

XariciMedia.com xəbər verir ki, bu yaxınlarda “Reddit” sosial şəbəkəsinin Luiz Bork adlı bir üzvü öz sevimli valideynlərinin şəklini yayımlayıb. Şəkildən görünür ki, qoca cütlük “Mario Kart 64” video oyununu köhnə bir “Nintendo 64” cihazında oynayırlar. Qocaların oğlu öz paylaşımında yazıb ki, valideynləri 2001-ci ildən bu yana hər gün bu oyunu oynayırlar. Amma onlar bu oyunu sadəcə, vaxtı öldürmək üçün oynamırlar. Hər gün uduzan tərəf çay dəmləməyə və süfrəyə gətirməyə cavabdehdir.

Onların hər ikisi bu oyunun müxtəlif fəndlərini və kodlarını əla bilirlər. Amma onlar razılaşıblar ki, heç bir fırıldaqdan istifadə etməyəcəklər, çünki əks halda, münaqişə yarana bilər. Beləcə düz 18 ildir ki, “qumarbaz” qocalar bu oyunu vicdanla oynayırlar və hər gün uduzan tərəf öz öhdəsinə düşən işi görür.

Photo: Reddit

Kişi oyun zamanı özünə Toad adlı, qadın isə Yoşi adlı qəhrəmanı seçir.

Photo: Louis Bork

Maraqlıdır ki, qocalar hazırda oynadıqları “Nintendo 64”-ü 1999-cu ildə öz oğullarına Milad hədiyyəsi olaraq alıblarmış. Amma Luiz bir az böyüdükdən sonra oyundan əl çəkib, hədiyyə müəlliflərinin özləri isə hələ də oyunu oynamağa davam edirlər.

Paylaş