Pompeo Trampın Türkiyəni “darmadağın etmək” barədə ultimatumundan danışdı

ABŞ-ın dövlət katibi Mayk Pompeo prezident Donald Trampın Türkiyə ilə bağlı verdiyi “ultimatum” xarakterli açıqlamasına münasibət bildirib.

Tramp öz “Twitter” hesabından paylaşdığı açıqlamada bildirmişdi ki, əgər türklər Suriyada yerləşən kürd silahlı qüvvələrinə hücum edərsə, Türkiyəni iqtisadi cəhətdən darmadağın edəcək. O, kürd qüvvələrini ABŞ-ın müttəfiqləri adlandırıb.

ABŞ dövlət katibi Maykl Pompeo / Foto: Reuters

Qətərdə rəsmi səfərdə olan Pompeo bildirib ki, Trampın açıqlaması ABŞ qoşunlarının Suriyadan çıxarılması planlarını dəyişməyəcək. Pompeo təsdiqləyib ki, Tramp kürd silahlı qruplaşmalarına hücum edəcəyi halda Türkiyəni iqtisadi cəhətdən darmadağın edəcəyi barədə mövqeyini ifadə edib. Amma o, Trampın konkret olaraq hansı addımları nəzərdə tutduğuna aydınlıq gətirməyib. Bununla belə, o ABŞ prezidentinin iqtisadi sanksiyaları nəzərdə tutduğunu ehtimal edib: “Hər halda bu barədə Trampın özündən soruşun”.

Pompeo həmçinin jurnalist Camal Xaşoqqinin qətlinə də münasibət bildirib. O, Səudiyyə Ərəbistanının kralı və şahzadə ilə görüşündə jurnalistin qətlinə görə məsuliyyət daşıyanların hamısının cəzalanmalı olduğunu deyib.

Paylaş