Tramp Türkiyəni hədələdi: “Sizi darmadağın edəcəyik”

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər türklər Suriyada yerləşən kürd silahlı qüvvələrinə hücum edərsə, Türkiyəni iqtisadi cəhətdən darmadağın edəcək. O, kürd qüvvələrini ABŞ-ın müttəfiqləri adlandırıb.

XariciMedia.com xəbər ki, iki NATO müttəfiqi arasında münasibətlər ABŞ-ın kürd YPG təşkilatını dəstəkləməsindən sonra gərginləşib. Türkiyə bu təşkilatı AVŞ-ın da terror təşkilatı kimi tanıdığı PKK-nın əlavəsi kimi tanıyır. ABŞ isə onları İŞİD-ə qarşı mübarizədə müttəfiq kimi qəbul edir.

Ötən il baş verən diplomatik böhrandan sonra ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi və türk lirəsi kəskin dəyər itirmişdi.

Tramp bildirib ki, ABŞ qoşunları Suriyadan çıxarılsa da, İŞİD-ə qarşı hərbi zərbələr davam edəcək: “Əgər İŞİD yenidən təşkilatlansa, yaxınlqdajı bazadan zərbələr endirəcəyik. Əgər kürdlərə hücum edərsə, Türkiyə iqtisadiyyatını darmadağın edəcəyik. 20 mil (təxminən 33 km – red.) təhlükəsizlik zonası yaradılacaq. Həmçinin kürdlər də Türkiyəni hücuma təhrik etməkdən çəkinməlidirlər”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Trampın hədələrinə cavab verib: “ABŞ Ankara ilə müttəfiqlik münasibətlərinə hörmətlə yanaşmalıdır. Cənab Trampın Suriya kürdlərini özünün də terror təşkilatı kimi tanıdığı PKK və onun Suriya qanadı olan PYD/YPG ilə eyniləşdirməsi böyük səhvdir. Terrorçular sizin tərəfdaşınız və müttəfiqiniz ola bilməz. Ümid edirik ki, ABŞ Türkiyə ilə strateji tərəfdaşlığa önəm verəcək və münasibətlərin terror təbliğatı üzündən pozulmasını istənəyəcək”.

Paylaş