Çeçenistanda cinsi azlıqlara qarşı reydlərdə iki nəfərin öldürüldüyü xəbər verilir

Rusiya hüquq müdafiəçilərinin verdiyi məlumata görə, Çeçenistanda LGBT (cinsi azlıqların) üzvlərinə qarşı təzyiqlər güclənib.

Ölkənin LGBT şəbəkəsindən gələn məlumatlara görə, dekabrdan bu yana cinsi azlıqların təxminən 40 nümayəndəsi həbs edilib ki, onlardan ikisi işgəncələr altında dnyasının dəyişib. Şahidlərin bildirdiyinə görə, onlardan biri bıçaq zərbələri ilə öldürülüb.

XariciMedia.com xəbər verir ki, hüquq müdafiə qrupu Rusiyanaın müsəlman respublikasında 2017-ci ildə cinsi azlıqlara qarşı geniş vüsət almış təzyiqlərdən sonra vəziyyəti nəzarət altına götürüblər.

Amma Çeçenistan hökumətinin nümayəndəsi son məlumatları “ağ yalan” adlandırıb.

2017-ci ildə LGBT-yə qarşı təzyiqlər əleyhinə Londonda Rusiya səfirliyinin qarşısında etiraz aksiyası / Foto: GETTY IMAGES

Respublikanın hakimiyyət orqanları və prezidenti Ramzan Kadırov qanunsuz həbslər və insan haqlarının pozulmasına dair açıqlamaları mütəmadi olaraq təkzib edirlər.

Ötən il BBC-yə açıqlamasında Kadırov bildirmişdi ki, belə məlumatlar ya “xarici agentlərin uydurması”, ya da maliyyələşmə axtarışında olan fəalların işidir.

Kadırov dəfələrlə bildirib ki, Çeçenistanda ümumiyyətlə, cinsi azlıqlar yoxdur. Respublika əhalisinin də əksər hissəsi cinsi azlıqlara mənfi yanaşır və onların qarşısının alınmasına tərəfdardır.

Paylaş