Ərdoğanla Putin nəyi müzakirə edəcək? – Lavrov açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında planlaşdırılan görüşdə müzakirə olunacaq məsələlər açıqlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə açıqlama verən Rusiyanın xarici işlər Sergey Lavrovun sözlərinə görə, Suriya məsələsi, xüsusən son günlər İdlib şəhərində baş verənlər müzakirə mövzusu olacaq.

“Biz ümid edirik ki, Rusiya və Türkiyə prezidentləri arasında planlaşdırılan görüş yaxın vaxtlarda baş tutacaq”,- deyə Lavrov mətbuat konfransında bildirib.

Sergey Lavrov

Bugünlərdə Ərdoğan yanvarın 23-də Rusiyaya səfəri və prezident Putinlə təkbətək görüşünün nəzərdə tutulduğunu bildirmişdi. Bundan bir qədər sonra Türküyə prezidentinin mətbuat katibi İbrahim Kalın xəbər verdi ki, Ərdoğan Moskvadakı görüşdə Suriyadan ABŞ qoşunlarının çıxarılması məsələsini də müzakirə etmək niyyətindədir.

Hələ ötən il sentyabrın 17-də Türkiyə və Rusiyanın müdafiə nazirləri Soçidə görüşərək İdlib zonasında vəziyyətin stabilləşdirilməsilə bağlı memorandum imzalamışdılar.

Paylaş