Putini öldürməyə hazırlaşan İŞİD üzvü yaxalandı

Serbiyanın Novi-Pazar şəhərində  21 yaşlı vəhhabi müsəlman Armin Alibaşiç saxlanılıb.

XariciMedia.com xəbər verir ki, onun üzərində silah, partlayıcı maddələr və Rusiyada qadağan olunmuş İŞİD terror təşkilatının rəmzləri aşkarlanıb.

Yerli xüsusi-xidmət orqanları və ekspertlər hesab edirlər ki, gənc terrorçu Rusiya prezidenti Vladimir Putinin sabah – yanvarın 17-də Belqrada planlanan səfəri zamanı terror aktı törətməyə hazırlaşırmış.

“Informer” nəşrinin yazdığına görə, “Armin Alibaşiçi polis patrulları saxlayıblar. Polislərin diqqətini onun çantası cəlb edib. Çantadan optik nişangahı olan tüfəng aşkarlanıb. Ardınca onun yaşadığı evdə axtarış aparılıb və partlayıcı maddələr, həmçinin İŞİD-in rəmzləri tapılıb.”

Ekspertlərin açıqlamalarına görə, Alibaşiç tək işləməyib. Hazırda polis onunla əlbir olanları aşkarlayıb yaxalamağa çalışır.

Paylaş