Sahibi ilə danışan pişik sosial şəbəkələrin sevimlisinə çevrildi – Video

Amerikalı Mett Brekin pişiyinin videosu qısa zamanda sosial şəbəkələrdə məşhurlaşıb. Ev heyvanı videoda sahibinin salamına bir neçə dəfə cavab verir.

XariciMedia.com xəbər verir ki, video sosial şəbəkələrdə milyonlarla baxış sayı qazanıb, üstəlik, pişik haqda xeyli xoş sözlər yazıblar. Onun bığlarını lap çox tərifləyiblər. Brekin sevimli heyvanı ilə yaxşı rəftarı da diqqətdən yayınmayıb.

Keçən il sosial şəbəkələrdə başqa danışan pişik də çox müzakirə olunmuşdu. O da salama cavab verirdi, hələ ingiliscə başqa sözlər də deyirdi. Sadəcə, Rubi adlı pişiyi küçədə tapmışdılar, sahibi bilinmirdi. Sonradan ona Karen adlı qız sahib çıxmışdı.

Paylaş