Fransada daha bir partlayış: Bu dəfə universitetdə – Video

Fransanın Lion şəhərində universitetin binasında ard-arda bir neçə dəfə partlayış baş verib.

XariciMedia.com “The Independent” nəşrinə istinadən xəbər verir ki, partlayışlar videokameralara yaxalanıb.  Şahidlərin çəkdiyi videoda yanan binanın damından alov kürələrinin qalxdığı görünür.

Xarici medianın yazdığına görə, bu bina Lion şəhərindən şimalda Viyorbanda yerləşən Lya Dua kampusunun kitabxanasıdır.

Fransada Lyon universitetinin kampusunda partlayış / Foto: Youtube

Hadisə yerinə yanğınsöndürənlər gəliblər. Kampusun sakinləri təxliyyə ediliblər.

Polisin verdiyi məlumata görə, yanğına səbəb qaz balonunun partlaması olub. İlkin məlumatlara görə, ən azı 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xatırladaq ki, yanvarın 12-də də Parisdə çörək zavodlarından birində partlayış baş vermişdi. Sonradan verilən məlumata görə, həmin partlayış qaz sızması nəticəsində baş vermişdi. Partlayış nəticəsində binanın birinci mərtəbəsi tamamilə dağılmışdı. 20 nəfər xəsarət almışdı ki, onlardan 7-sinin vəziyyəti ağır idi.

Paylaş