Hökumət başçısının oxşarı tapıldı: Toy müğənnisi imiş – Video

Bir çox siyasətçinin oxşarı var. Kanadanın baş naziri Castin Trüdonun oxşarı Əfqanıstanda yaşayır.

XariciMedia.com xəbər verir ki, bəlkə də, Abdulla Salam Məftul ölkəsində “Afghan Star” müsabiqəsinə qoşulmasaydı, ictimaiyyətin ondan xəbəri olmayacaqdı. Münsiflər onun çıxışını çox bəyəniblər. İzləyicilər isə sosial şəbəkələrdə dərhal onun Trüdoya çox oxşadığını yazmağa başlayıblar.

Abdulla müsabiqədə dari və puştu dillərində mahnılar oxuyur. Onun qalib olmaq şansı yüksəkdir. Baş nazirin oxşarı daha 7 nəfərlə birlikdə final mərhələsinə vəsiqə qazanıb.

Abdulla uşaqlıqdan müğənni olmaq istəyib. Müsabiqəyə qədər toylarda oxuyurmuş.

Paylaş