Kartof üzərində rəssamlıq görmüşdünüzmü? – Artıq gördünüz…

Sosial şəbəkə istifadəçiləri yeni təşəbbüslə çıxış ediblər. Tik Tok setində qeyri-adi portretlər çəkməyə başlayıblar. Əsas özəllik ondadır ki, onlar portretləri kağız və ya ağac üzərində yox, kartofun üstündə çəkirlər.

XariciMedia.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri əl işlərini xüsusi heşteqlə (#potatoportrait) paylaşırlar. Rəsmləri yaratmaq üçün müxtəlif vasitələrdən və materiallardan istifadə edilir: pariklər, dekorativ kosmetik vasitələr, taxma kirpiklər. Əsas məqsəd portretlərin rəsmi çəkilən adama maksimum oxşamasıdır.

Təşəbbüs Yelena adlı qızdan gəlib. O, ilk işi üzərində iki saata qədər vaxt sərf edib. Amma sonda istədiyini ala bilib. Yelena prosesin videosunu da paylaşıb. O, əvvəlcə sifət üçün ton kremi çəkməklə başlayıb. Qız sonra rəsmdə qaşlar, gözlər, kirpiklər və dodaqlar yaradıb. Axırda parikdən də istifadə etmək lazım gəlib. Beləcə, ortaya cazibədar qız portreti çıxıb.

İndi Yelenaya qoşulan sosial şəbəkə istifadəçiləri təkcə tanışlarının portretlərini yaratmır, xeyli məşhurun da rəsmləri çəkilir. Məsələn, əfsanəvi Maykl Ceksonun portretini görmək mümkündür.

Paylaş