Avstraliya “qaynar qazan”a döndü

Bakıda havaların soyuduğu bir vaxtda Avtraliya “qaynar qazan”a dönüb.

XariciMedia.com xəbər verir ki, ötən həftənin şənbə günündən bu yana ölkədə temperatur yüksəlməyə başlayıb. XariciMedia.com xəbər verir ki, qızmar istilər nəticəsində vəhşi heyvanlar arasında ölüm halları artıb, meşələrdə yanğınlar baş verir, günvurmadan xəstəxanalara müraciətlər artıb.

Sidneydə çimərlik / Foto: GETTY IMAGES

Ölkə üzrə orta temperatur göstəricisi 40 dərəcə ətrafındadır. Bu arada gecə temperaturu üzrə də rekord qeydə alınıb – Nuna şəhərində gecə saatlarında temperatur 35,9 dərəcə təşkil edib. Bu, Avstraliya üzrə ümumilikdə indiyə qədər sutka boyunca qeydə alınmış ən yüksək minimum göstəricidir.

Bu gün isə tyemperaturun 42 dərəcəyə qədər yüksələcəyi xəbər verilib. Ölkə sakinləri kütləvi şəkildə çimərliklərə axışırlar.

Paylaş