Çində kişi gizlincə üç qadınla evləndi, məhkəməyə verdilər

Çində də çoxarvadlılıq varmış. Çjan soyadlı çinli heç kimə xəbər vermədən üç qadınla eyni vaxtda nikahda olmaq qərarına gəlib.

Dərhal ağlımıza məsələnin maddi tərəfi gələ bilər. Amma Çjanın dərdi başqaymış. Ev alğı-satqısı ilə məşğul olan kişi üç ailəyə baxmağa çətinlik çəkmir, sadəcə, hamısına vaxt ayıra bilmirmiş. Buna görə də bir-birinin yanında yerləşən üç binada ayrı-ayrı mənzillər alıb, ailələrini ora köçürüb.

Bir müddət hər şey qaydasında gedirmiş. O vaxta qədər ki, arvadlarından biri ərinin telefonunda başqa qadınla yazışmasını görür. Başqa qadın da Çjanın digər arvadıdır. Böyük qalmaqal yaranıb, arvadlarından ikisi onu məhkəməyə verib. Çjanı iki ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Müttəhim iddia edir ki, qanunvericiliyin bu tərəfindən xəbəri olmayıb. Məhkəmənin ona inanması çətindir. Araşdırma zamanı məlum olub ki, Çjan bilərəkdən qadınlarla bir-birindən uzaq bölgələrdə evlənib. Yəni onun məqsədi çoxarcadlılığı gizlətmək olub.

Qəribədir ki, arvadları onu heç də pis ər adlandırmır. Çjan arvadlarına hətta qab yumaqda da kömək edirmiş.

 

Paylaş