Smartfonlar həyat üçün təhlükəli deyilmiş – Yeni araşdırma

Smartfon istifadə edənlərin ən böyük narahatlığı bunun sağlamlığa təsir göstərmə ehtimalı ilə bağlıdır. Amerikalı alimlər bu məsələdə nikbindirlər. Onlar hesab edir ki, mobil əlaqə zamanı ötürülən radiosiqnallar lap düşündüyümüz qədər də təhlükəli deyil.

Eksperimentlər göstərmişdi ki, güclü radiosiqnallar siçanlarda şiş əmələ gətirmək gücündədir. Xüsusilə erkək siçanlar buna çox həssasdırlar. İki il ərzində gündə 9 saatdan artıq radiosiqnal qəbulu belə arzuolunmaz şərait yarada bilər. Amma insanlarla bağlı araşdırmalar bu nəticəni ortaya çıxarmır. ABŞ-dakı ərzaqlara və dərman preparatlarına sanitar nəzarət agentliyi ciddi narahatlığa əsas görmür: “Hətta telefonla hər gün danışıqlar da beyin şişinin inkişafına səbəb ola bilməz”.

Xərçənglə mübarizə təşkilatının nümayəndəsi Otis Brouli də təxminən belə fikir deyib. Elm smartfonların ağır xəstəliklərə səbəb olmasını təsdiqləməyib.

Smartfonlar yalnız psixoloji baxımdan bizə zərər vura bilər. Xüsusilə uşaqların psixikasına mənfi təsir mümkündür. Məsələn, araşdırmalar göstərir ki, smartfonlardan çox istifadə edən yeniyetmələr yaşıdlarına nisbətən depressiyaya daha meylli olur.

Paylaş