Xəstənin həyatını pivə ilə xilas etdilər

Spirtli içki heç də həmişə orqanizmə zərər vurmur. Məsələn, pivə vyetnamlı Nquen Van Nhatın həyatını xilas edib. Həkimlərə 48 yaşlı xəstənin müalicəsi üçün 15 banka pivə lazım olub.

Nhat az qala öləcəkmiş. Onun qanındakı metanolun səviyyəsi normanı min dəfəyə qədər keçibmiş. Bu zaman həkimlər pivəni xəstənin həyatının xilası üçün ən yaxşı vasitə hesab ediblər.

Birdən-birə bu qədər pivəni xəstənin orqanizminə ötürmək riskli görünüb, ona görə əvvəlcə 3 banka ilə başlayıblar. Sonradan tədricən xəstənin qalan mayeni qəbul etməsinə də yardım göstəriblər. Beləcə, metanolun normaya düşməsinə nail olublar.

Həkimlər eyni zamanda xəstənin qanını da təmizləyiblər. Nhat üç həftəyə tam ayağa qalxa bilib.

Paylaş