“Layk” üçün gəmidən tullandı – Video

İnsanlar sosial şəbəkələrdə layk toplamaq üçün nə hoqqalardan çıxır. Amerikalı Nik Naydev də gəmidən məhz çoxlu bəyənmə qazanmaq üçün tullanıb. O, Baham adalarında dincələrkən özünü göyərtədən suya atıb.

XariciMedia.com xəbər verir ki, videoda Nikin sərxoş olduğu görünür. Onunla birlikdə olan və videoya çəkən dostları şən təsir bağışlayır, amma Naydevin belə addım atacağını gözləmirdilər. 30 metr hündürlükdən, gəminin 11-ci mərtəbəsindən suya atılmaq sizə asan götrünməsin. 27 yaşlı amerikalı sonradan etiraf edib ki, sərxoş olmasaydı, bəlkə də, belə cəsarətli davranmayacaqdı.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Royal Caribbean International (@royalcaribbean)

Nik heç bir zədə almayıb. Amma üç gün bədənində möhkəm ağrılah hiss edib. Nik bu günlər ərzində, demək olar, yatmadığını deyib.

Paylaş