Şirlərin qəfəsinə girdi.., parçaladılar

Hindistanda bir kişinin ağılsız hərəkəti ona həyatı bahasına başa gəlib. Hindli Mohali şəhərindəki zooparkda gizlincə şirlərin qəfəsinə girib. Yırtıcı heyvanlar onu parçalayıb.

XariciMedia.com xəbər verir ki, kişinin qəfəsdə şirlərin caynağında olduğunu tursit avtobuslarının sürücüləri görüb. Tez polisə və təcili tibbi yardıma zəng vurublar. Kişini qəfəsdən çıxarmaq mümkün olsa da, o, xəstəxanada keçinib.

Avantüraçı xüsusi olaraq Asiya şirlərinin yerləşdiyi qəfəsi seçib. Bunun üçün hündür hasardan içəri tullanıb və zoopark işçilərinin gözündən yayınmağı bacarıb. Qəfəsdə 4 şir varmış, onlardan 2-si dərhal hindlinin üzərinə atılıb. On dəqiqə ərzində adamı parça-parça ediblər.

Şirlər onun xüsusilə boynuna və sağ gözünə böyük zərbə vurublar. Hadisədən dərhal sonra zoopark işini dayandırıb. Yırtıcıların qurbanının üzərində heç bir sənəd tapılmayıb. Heç mobil telefonu da yoxdur.

Asiya şirləri nəsli kəsilməkdə olan heyvan növü sayılır. Dünyada cəmi 523 Asiya şiri olduğu bildirilir. Onların əksəri Hindistandadır.

Paylaş