Yanğınsöndürənlərdən qeyri-adi etiraz aksiyası

Paraqvayda yanğınsöndürənlər hökumətin laqeydliyindən o qədər bezib ki, çılpaq foto çəkdirmək qərrına gəliblər.

XariciMedia.com xəbər verir ki, hökumət 16 min yanğınsöndürənin işlədiyi məntəqələrə aylıq xərclər üçün cəmi 600 dollar ayırır. Hələ məvaciblərin azlığından danışmırıq. Yanğınsöndürənlər, heç olmasa, xərcləri ödəmək üçün çılpaq foto çəkdirib təqvim formasında satmaq fikrinə gəliblər. Qısa zamanda xeyli təqvim satılıb.

Bu cür etiraz aksiyası əvvəlcə qadın yanğınsöndürənlərdən birinin ağlına gəlib. Hamilə xilasedici iş yoldaşlarına ideya haqda danışıb, ilk fotonu da özü çəkdirib.

Aksiyanın verdiyi mesaj da odur ki, hökumət onları faktiki lüt qoyub. Qadının bu addımı xeyli kişi həmkarını cəsarətləndirib. Təqvimdəki şəkillərin çoxunu da kişilər çəkdirib.

Paylaş