Atlantik okeanı dondu

ABŞ-ın Massaçusets ştatında yaşayan xeyli sosial şəbəkə istifadəçisi Atlantik okeanından maraqlı fotolar paylaşır. Okeanın ölkə sahilləri, demək olar, tamamilə donub.

Əlbəttə, buz örtük çox gözəl görünə bilər. Amma bunun sonrası da var. Havalar qızanda evləri su basmaq təhlükəsi yaranacaq. Nəzərə almaq lazımdır ki, Atlantik okeanının ABŞ sahilləri sunamiyə də həssasdır.

Dekabrdan bəri Massaçusetsin okean sahilləri buz dövrünü yaşayır. Yanvar ərzində orta temperatur -20 dərəcə olub.

XariciMedia.com xəbər verir ki, Massaçusetsdə məktəblərin əksəri bağlanıb. Ştat rəhbərliyi havanın bu şıltaqlığından yaxşı bir şey gözləmir.

Xatırladaq ki, ötən il də Atlantik okeanı buz bağlamışdı.

Paylaş