Bu kənddə uşaqlar da narkomandır – Fotolar

Əfqanıstan dünyada ən çox narkotik maddə istehsal olunan ölkələrdəndir.

Ölkədə xeyli adam bunun əsirinə çevrilib. Əfqanıstanda ölkə əhalisinin nəzərəçarpan hissəsi həm də narkotik maddə istifadəçisidir.

XariciMedia.com sizə Bədəxşan əyalətinin Sarab kəndindən fotolar tədim edir. Fotolarda daha çox İslam Beqin ailəsini görəcəksiniz. Bu ailədə kiçikdən böyüyə qədər hamı tiryək çəkir.

Ümumiyyətlə, 1850 nəfər əhalisi olan Sarabda kənd sakinlərinin yarıdan çoxu narkomandır.

Beqin ailəsi səhəri tiryəklə açır. İslamın həyat yoldaşı Yan Bequm deyir ki, 18 yaşından narkotik maddələrdən istifadə edir. Onların 14 yaşlı oğulları narkodillerlə işləyir.

Qazancı da elə ailənin tiryək ehtiyacını ödəməyə gedir.

Bequm tiryək çəkməsinə haqq qazandırır: “Bu məni astmadan müalicə edir”. Təkcə o belə düşünmür. Kənd sakinlərindən biri deyir ki, tiryək bizim doktorumuzdur.

Kənddə nə içməli su var, nə qaz, nə də işıq. İnsanlar son dərəcə yoxsul yaşayırlar.

Şəkillərin birində qucağında uşaqla görünən Raihan hətta körpə oğluna da narkotik maddə verir: “O, doğulanda gecə-gündüz ağlayırdı. Amma tiryəkin tüstüsü gələn kimi yuxuya gedir”.

Raihan deyir ki, ac-susuz yaşaya bilər, tiryəksiz yox. İslam Beq isə narkotik maddəyə görə hətta torpaq sahəsini, ev heyvanlarını satdığını da bildirir.

Paylaş