Ekskavatorçunun pulunu vermədilər, oteli vurub dağıtdı – Video

İngiltərənin Liverpul şəhərində ekskavatorçu otellərdən birinə zərər vurub. Onu qəzəbləndirən gördüyü işə görə zəhməthaqqını ala bilməməsi olub.

XariciMedia.com xəbər verir ki, ekskavatorçu “Travelodge” oteli üçün müəyyən işlər görüb. Amma özünə çatacaq 600 funt sterlinqi (təxminən 773 dollar) çatdırmayıblar. Con adlı ekskavatorçu düşünmədən kabinəyə qalxıb, maşının çalovu ilə otelin şüşə qapısını dağıdıb. O, ekskavatorla holl boyu irəliləyərək, otelə daha böyük ziyan yetirib.

Kadr: Youtube

“Thomas” markalı ekskavator çox böyük olmadığından, otelin içində rahatca hərəkət edə bilib. Videodan görünür ki, iş yoldaşlarının ona mane olmaq cəhdləri uğursuz alınır. Con oteli elə hala salır ki, bundan sonra binanı təmir etməkdənsə, yenisini tikmək yaxşıdır.

Paylaş