Lotereyada udmaq üçün cadugərə getdi, gözünü itirdi

Nigeriyanın Delta ştatında yaşayan lotereya həvəskarı cadugərin köməyi ilə bu işdə pul qazanmağa çalışıb. Amma bəxtinin belə gətirəcəyini düşünən adam bədbəxt olub. Nigeriyalı gözünün birini itirib.

XariciMedia.com xəbər verir ki, Emmanuel Okaçi işləyib qazandığını lotereyaya sərf edirmiş. Qazana bilmədiyini görən 27 yaşlı afrikalı cadugər yanına gedir. Oqvaşi-Uku şəhərinin İşiaqu kəndində yaşayan cadugər ona bu iş üçün xüsusi məhlul verib. Guya Emmanuel mayeni içəndən sonra gözünə işıq gələcək, xoşbəxt rəqəmləri görəcəkdi. Cadugərin sözünə qulaq asan Okaçi məhluldan gözünə də sürtür. Beləcə, nigeriyalı gözünün nurunu itirməyə başlayır.

Sol gözü şişən Emmanuel bu dəfə cadugərə müraciət etməyib, birbaşa xəstəxanaya gedib. Amma onun gözünü xilas etmək mümkün olmayıb. Cadugər isə yaşadığı kənddən qaçıb gizlənib.

Afrika xalqları cadugərlərə çox inanır. Bir müddət əvvəl Nigeriyada başqa bir cadugər boynundakı omuletin gülləkeçirməz olduğunu iddia etmişdi. İlk güllə adamı öldürmüşdü.

Paylaş