Bankın qapısına “bağlıdır” lövhəsi asıb 3 saat ərzində qarət etdilər – Видео

Fransanın paytaxtı Parisdə aləmin bir-birinə dəyməsi soyğunçuların işinə yarayıb. Yelisey sarayının lap yaxınlığında bank soyublar.

Özü də ənənəvi üsulla yox. “Milleis”in filiallarından birinə daxil olan soyğunçular qapının üstünə “bağlıdır” lövhəsini qoyub, işlərini görüblər. Bu müddətdə banka girmək istəyən müştərilər də fikrindən daşınıb. Soyğunçular isə içəridə əməkdaşların əl-qolunu bağlayıb, pulları tələsmədən torbalara doldurublar.

XariciMedia.com xəbər verir ki, bankı yaranlar yetərincə rahat iş görüblər. Təsəvvür edin, soyğun üç saat sürüb. Ona görə də bankda 1 avro belə qalmayıb. Əməkdaşlar dərhal sıradan çıxarıldığından, onlardan heç biri həyəcan siqnalı düyməsinə basmağa macal tapmayıb.

“Le Figaro” qəzetinin əməkdaşlarına müsahibə verən bank işçilərinin dediyinə görə, soyğunçular onların üzərinə qeyri-adi maye atıblar. Polislər isə hadisə yerinə oğruların gedişindən yarım saat sonra gəlib çıxıb.

Paylaş