Həkim xəstənin ömrünü uzatdı, amma sonradan elə peşman oldu ki…

Eskobarı məhkəməyə veriblər. Söhbət amerikalı həkim Dieqo Eskobardan gedir.

Məhkəməyə alsgeymer xəstəliyindən həyatını itirən Cerald Qrinberqin yaxınları müraciət edib. Onlar həkimi xəstəyə həyatının son dövrlərində antibiotik verməkdə ittiham edirlər.

İlk baxışdan doktorun doğru davrandığı təəssüratı yaranır. İş orasındadır ki, Qrinberq hələ sağlığında vəsiyyətnamə yazıb. O, istənilən məhlul və ya antibiotik qəbuluna qarşı olduğunu bildirib. Qrinberqin xəstəliyi 2016-cı ildə o qədər ağırlaşıbmış ki, həyat yoldaşını və uşaqlarını tanımırmış.

Məhkəmə sənədlərinə görə, məhz 2016-dan sonra Eskobar bu xəstəni müalicə etməyə başlayıb. Qrinberqin yaxınları deyir ki, həmin vaxt onun sağalmayacağına əmin idilər. Çünki normal fiziki və əqli qabiliyyətinin bərpası mümkünsüz görünürdü. Onda Ceraldın vəsiyyətnaməsini həkimə təqdim ediblər.

Eskobar buna fikir verməmək qərarına gəlib və xəstəyə antibiotiklər yazıb. Qrinberqin ömrü daha bir ay uzanıb. Amma bunu ona Ceraldın qohumları bağışlamır. Onlar hesab edir ki, Qrinberqlə vəsiyyətnamədə olduğu kimi davranmaq lazım idi.

Paylaş