Meksika qətllərin sayına görə rekordçudur: Rəqəmlər heyrət doğurur

Meksika qətllərin sayına görə rekordçudur. Təhlükəsizlik və mülki müdafiə katibliyinin hesabatına görə, 2018-ci ildə ən çox bu Latın Amerikası ölkəsində adam öldürülüb.

XariciMedia.com xəbər verir ki, keçən il Meksikada ümumilikdə 33341 qətl baş verib. Son bir ildə öldürülənlərin sayı 15 faiz artıb. Məhz qadın olduğuna görə qətlə yetirilənlərin sayında da artım var. 2017-ci ildə bu say 759 idisə, keçən il 861 olub.

Araşdırmaya görə, cinayətlərin çoxunu narkokartellər həyata keçirir. Elə buna görə də qətllərin əksəri amansızlığıyla seçilir. Narkokartellər ərazilərə nəzarət üçün bir-biri ilə güzəştsiz mübarizə aparır. Daha çox qazanmaq məqsədi ilə hər cür zorakılığa yol verirlər. Hərçənd, Meksika hökuməti də narkotik maddə alverinin qarşısını almaq üçün az çalışmır. 2006-cı ildə mübarizə üçün xüsusi proqram qəbul olunub.

Foto: Pixabay.com

İl jurnalistlər üçün də pis keçib. 2018-ci ildə 9 media nümayəndəsi öldürülüb. Yeni il də jurnalistlər üçün yaxşı başlamayıb. Yanvarda artıq bir reportyor qətlə yetirilib. 34 yaşlı Rafael Murua Manrikes yanvarın 19-da itkin düşmüşdü. Ertəsi gün onun meyiti Cənubi Aşağı Kaliforniya ştatında çoxsaylı bıçaq yarası ilə tapılıb.

Murua dəfələrlə öz bloqunda ona ayrı-ayrı adamların hədə-qorxu gəldiyini yazmışdı. Bəzi materialların dərci ona başağrısı gətirmişdi.

Paylaş