İt təcili yardım maşınına bələdçilik etdi, sahibini ölümdən qurtardı – Video

İtləri əbəs yerə insanın dostu adlandırmırlar. Çində retriver cinsli ev heyvanı ürəyi gedən sahibini xilas edib. Hadisə Yunçen şəhərində baş verib. Adamın ürəyi getməsindən qonşuları xəbər tutub.

XariciMedia.com xəbər verir ki, təcili tibbi yardıma zəng vurublar. Amma tibbi personal evi tapmaqda çətinlik çəkməyə başlayıb. Bu zaman it əsas yola çıxaraq, təcili tibbi yardım maşınına yol göstərib. Retriverin arxasınca gələn avtomobil xəstənin evini tapıb.

İtin təcili tibbi yardım heyətinə yol göstərməsi videoda da əksini tapıb. Onun sahibinin niyə halının pisləşməsini isə həkimlər müəyyənləşdirib. Çox bəsit: sadəcə, çoxlu içibmiş.

Paylaş