Məhbus qadın Ukrayna prezidentliyinə namizəd oldu

Ukrayna prezidentliyinə namizədlərin sayı artır. Həbs həyatı yaşayan Nadejda Savçenko da ölkə başçısı olmaq şansı qazanıb.

XariciMedia.com xəbər verir ki, uzun müddət Rusiyada girovluqda olmaqla gündəmdə qalan siyasətçinin namizədliyini elə öz partiyası irəli sürüb. Kiyevdə “Ukrayna” otelində Nadejda Svaçenkonun ictimai-siyasi platforması partiyasının qurultayında belə qərar qəbul olunub. 100-ə qədər tərəfdarı keçmiş hərbi pilotun namizədliyini dəstəkləyib.

Savçenko keçən il martın 20-də həbs olunub. O, terror aktlarının təşkilində və dövlət çevrilişində ittiham olunur. Partiya rəhbəri ümumilikdə 7 maddə üzrə günahlandırılır. Hələ də istintaq başa çatmayıb. Axırıncı dəfə keçən ilin dekabrın 18-də onun həbs müddəti daha 60 gün uzadılıb.

Ukraynada onun şanslarını yüksək qiymətləndirmirlər. Hətta ola bilər ki, namizədliyi qəbul alınmasın.

Prezident seçkiləri martın 31-də keçiriləcək. Sosial sorğulara görə, Yuliya Timoşenkonun şansı hamıdan yüksəkdir. “Batkivşina” partiyasının rəhbərini respondentlərin 17,4 faizi dəstəkləyir. İndiki prezident Petro Poroşenko azacıq geri qalır (17,1). Aktyor Vladimir Zelenskinin və “Həyat uğrunda” müxalif platformanın rəhbəri Yuri Boykonun da nəzərəçarpan sayda tərəfdarı var.

Paylaş