Məktəbdə 40 uşağı girov götürdü

Meksikada məktəbdə şagirdlərin həyatına təhlükə yaranıb. Cinayətkar 40-dan çox uşağı girov götürüb.

XariciMedia.com xəbər verir ki, narkotik maddə təsiri altında olan adam Baiya-de-Banderas şəhərindəki “Espanoamerikano” məktəbinə girib. O, əvvəlcə pəncərədən yeməkxanaya daxil olub, bir neçə bıçaq götürüb. Sonra məktəbin həyətində uşaqları girov götürüb, müəllimə ilə şagirdlərdən birinin boğazına bıçaq dirəyib. Ardınca köməyə gələn kişi müəllimi də sıradan çıxarıb.

Polis cinayətkarı aldadıb, uşaqları xilas etməyi bacarıb. Polis əməkdaşlarından biri özünü həkim kimi təqdim edib, bir şagirdə kömək lazım olduğunu deyib. Beləcə, həmin adamı zərərsizləşdirmək mümkün olub.

Qəribədir ki, Arnoldo adlı avantürist bunları heç də pul üçün etmirmiş. Ona yalnız narkotik maddə və 200 litr pivə lazımmış.

Müəllimlərdən və şagirdlərdən heç biri xəsarət almayıb. Yaxın günlərdə 45 yaşlı cinayətkarın cəza müddəti müəyyənləşəcək.

Paylaş