Neft kəmərinin partlaması nəticəsində ölənlərin sayı 114 nəfərə çatdı

Meksikanın Tlauelilpan şəhəri yaxınlığında neft boru xəttinin partlaması nəticəsində ölənlərin sayı 114 nəfərə çatıb.

XariciMedia.com xəbər verir ki, bu barədə məlumat Meksikanın Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, xəstəxanaya yerləşdirilmiş 46 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri üzündən həyatını itirib. 33 nəfər də hazırda tibb müəssisələrindədir. Onların da əksəriyyətinin daxili olrqanlarında, o cümlədən ürək-damar və nəfəs yollarında yanıq xəsarətləri var.

Meksikada neft boru xəttində partlayış / Foto: Alfredo Estrella/AFP/Getty Images

Daha əvvəl 107 nəfərin həlak olduğu bildirilmişdi.

Boru xəttinin qanunsuz olaraq deşilməsi nəticəsində partlayış hadisəsi yanvarın 18-də baş verib. Son 9 gün ərzində itkilərin sayı artmaqda davam edir.

Partlayış zamanı hadisə yerində 350 nəfər yerli sakin olub. Sakinlər kanistr və bidonları boru xətti ilə nəql olunan neftlə doldurmaq istəyirmişlər.

Paylaş