İdman ayaqqabısının altında “Allah” sözünün yazılması müsəlmanları ayağa qaldırıdı – Foto

“Nike” şirkətinin “Air Max” modeli müsəlmanların qəzəbinə tuş gəlib. Ayaqqabı firmasının onların dini hisslərini təhqir etdiyini düşünürlər.

XariciMedia.com xəbər verir ki, qalmaqal ictimai fəal Sayka Norinin açıqlamasından sonra yaranıb. O, idman ayaqqabısında “Allah” yazıldığını iddia edib və aləm bir-birinə dəyib. Norin şirkətin bunu bilərəkdən etdiyini deyir. Onun sözlərinə görə, “Allah” ifadəsi çox aydın oxunur və ayaqqabının altında yazılması birbaşa təhqir etmək məramından xəbər verir.

İdman ayaqqabısının altında “Allah” sözünün yazılması müsəlmanları ayağa qaldırıdı

Norin artıq petisiya da yaradıb. Bu petisiyada həmin ayaqqabıların dünya bazarına çıxarılmasına etiraz olunur. İndiyə qədər petisiyaya təxminən 6 min adam qoşulub. Norin rəqəmin yüzminləri keçəcəyinə inanır.

“Nike” ilk dəfə deyil belə qalmaqallarla üzləşir. Keçən il başqa bir məhsula görə şirkəti boykot etmişdilər. Onda “Nike” London kriminal mədəniyyətini təbliğ etməkdə ittiham olunmuşdu.

Paylaş