Oğlunu xilas etmək üçün timsahı dişlədi

Filippində ata timsahın cənginə düşən oğlunu qeyri-adi yolla xilas edib. Palavan vilayətində yerləşən Balabak şəhərində çaya yaxın yerdə kiçik qardaşı ilə oynayan 12 yaşlı yeniyetmə az qala öləcəkmiş.

Qəfil sahildə peyda olan timsah onun sol qolundan yapışaraq, suya dartıb. Qardaşı tez evə qaçaraq, ataya xəbər verib. Yeniyetmənin atası dərhal döyüşə atılıb, oğlunu timsahın əlindən qurtarıb. Bunun üçün bir neçə dəqiqə dayanmadan heyvanın pəncəsinin yumşaq yerlərini dişləyib. Sonda timsah oğlandan əl çəkib.

Uşağı xəstəxanaya çatdırıblar. Onun qolunu xilas etmək mümkün olub.

Ümumiyyətlə, Balabak timsahların çox olduğu şəhər sayılır. Keçən il burada başqa bir ata oğlunu xilas etmək üçün yırtıcı heyvanla döyüşməli olmuşdu. Onda 4,5 metr uzunluğundakı timsah daha güclü çıxmışdı, ataya böyük xəsarət yetirmişdi. Buna baxmayaraq, kişi 15 yaşlı oğlunu xilas etməyi bacarmışdı.

Paylaş