Tanımadığı adamla Şimali Koreyaya gedən qız dəhşətə gəlib

“Vice” nəşrinin əməkdaşı Nim Pratten dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreyaya tanımadığı adamla getmək qərarına gəlib. Jurnalist qəribə metod seçib.

XariciMedia.com xəbər verir ki, “Tinder” sosial şəbəkəsində yenicə tanış olduğu adamla Çinin Şanxay şəhərində görüşüb və onunla birlikdə Şimali Koreyaya yola düşüb. Pratten barda görüşdüyü oğlanın Pxenyan marafonunda iştirak təklifinə dərhal “hə” deyib.

Jurnalistin yazdıqlarından belə görünür ki, qapalı ölkəyə getmək istəyi onda çoxdan olub. Qarşısına Böyük Britaniyadan yoldaş çıxanda isə düşünmədən razılıq verib.

Onlar Çində Şimali Koreyaya üçgünlük səyahət turu alıblar: “Yalnız bundan sonra anladım ki, dünyadan təcrid olunmuş ölkəyə tanımadığım adamla gedirəm”.

Nim Pratten / vice.com

Pratten Şimali Koreyada özünü çox narahat hiss edib. Jurnalist həmişə izlənirmiş. Nimin sözlətinə görə, hər turistin ayrıca “mühafizəçi”si var, üstəlik, gizli kameralar da işini görür.

Pratten deyir ki, Şimali Koreya cəmiyyəti birrənglidir: “Onların dünyanın qalan hissəsi haqda heç bir anlayışları yoxdur”.

Axşamlar turistlər otelə qapanırdı. Küçəyə çıxmaq qadağan idi. Yalnız otelin barında əylənmək olardı. Nim asudə vaxtını dostu ilə pivə içməyə sərf edirdi.

Pratten indi o günləri xatırlayanda dəhşətə gəlir. Səyahət 2015-ci ildə baş tutmuşdu. 2016-cı ildə Şimali Koreyaya gedən tələbə Otto Uormbiri orada həbs etmişdilər. Onu plakat oğurluğunda ittiham etmişdilər. Otto bir il sonra Şimali Koreyada ölmüşdü. Pratten bu hadisəni xatırlayaraq, möcüzə sayəsində sağ qaldığını düşünür.

“Bizim görüş daha çox Kim Çen Inın çoxsaylı şəkilləri, 1970-ci illəri xatırladan üfunətli otellər və “Google”da axtarmaq ehtiyacı duyduğumuz əşyalar siyahısı fonunda keçdi” – Pratten deyir.

Nim indi həmin oğlanla dostluq etdiyini bildirib.

Paylaş