Tibb bacısının qeyd kağızı hamını şoka saldı – Foto

Çində baş verən hadisə sosial şəbəkələrdə çox müzakirə olunur. Tibb bacısının əcnəbi pasiyent üçün qoyduğu izahedici qeyd kağızı xeyli təəccüb doğurur.

XariciMedia.com sizə həmin qeydi təqdim edir. Baxanda təəccüblənməmək mümkün deyil. Xüsusilə qeydin sonluğundakı qanlı bıçaq rəsminə.

Tibb bacısı bunda böyük qəbahət görmədiyini deyib. O, xəstəyə sabah səhər 8-də əməliyyat olunacağını çatdırmaq istədiyini söyləyib. Sosial şəbəkələrdəki sual da məntiqlidir: bunu daha sadə və narahatlıq doğurmayacaq formada etmək mümkün deyildimi?

Tibb bacısının qeydləri / Foto: Reddit

Qeydin əvvəlləri isə xeyli məzəli görünür. İngiliscə danışa bilməyən tibb bacısı pasiyentə bu gün axşam saat 10-dan sonra yemək və su içmək qadağasını söyləmək istəyib. Bir növ xəstə əməliyyata ac girməlidir.

Dil baryeri tibb bacısını belə çətin vəziyyətdə qoyub. Dünyanın əksər dillərində “bıçaq altına uzanmaq” ifadəsi var. Tibb bacısı da bu ifadəyə söykənərək, belə rəsm çəkib. Amma rəsmdə mətbəx bıçağının əks olunması hamını şoka salıb. Tibb bacısı mümkün cinayətə eyham vuran adam təsiri bağışlayıb.

Paylaş