Üzük burnundan 12 il sonra düşdü

İngiltərinin Kitli şəhərində yaşayan qız 12 il burnunda üzük gəzdirib və bundan xəbəri olmayıb. XariciMedia.com xəbər verir ki, bu hadisə 20 yaşlı Ebiqeyl Tompsonun başına gəlib.

“Adi gün idi, divanda oturmuşdum. Asqırdım və dəsmala baxanda üzük gördüm. Dərhal özümə sual verdim ki, bu nədi belə?!” – Ebiqeyl belə deyir.

Kosmetoloq işləyən qız üzüyü 2007-ci ildə itirib. Anasının ad günü hədiyyəsi imiş. Bir neçə ay sonra nə qədər axtarsa da, üzüyü tapa bilməmişdi. Onda rəfiqəsindən şübhələnmişdi. “Milyon il keçsə də, ağlıma gəlməzdi ki, üzük burunda ilişib qala bilər” – Ebigeylin anası belə söyləyir. Onun fikrincə, üzük uşaq burnunu qurdalayanda orada qalıb.

İki il əvvəl İngiltərədə buna bənzər başqa bir qeyri-adi hadisə baş vermişdi. Onda Preston şəhərinin 47 yaşlı sakininin mədəsindən oyuncaq konus tapmışdılar. Məlum olmuşdu ki, oyuncaq 40 ildir oradadır. Həkimlər əvvəlcə konusu şiş zənn etmişdilər.

Paylaş