Rusiyanın təyyarəsini ildırım vurdu

Təyyarə bizi gedəcəyimiz ünvana tez çatdırsa da, həm də təhlükəli nəqliyyat növüdür. Səmada hər cür hadisə baş verə bilər.

Bizimyol.info xəbər verir ki, Roma-Moskva reysinin sərnişinləri böyük həyəcan yaşayıb. “Airbus-320” Roma hava limanından göyə yüksələndən bir az sonra layneri ildırım vurub. Ekipaj özünü itirməyib, uçuşu davam etdirmək qərarı verib. Təyyarə Moskvada problemsiz yerə enib. Heç kim xəsarət almayıb.

Moskvada məlum olub ki, təyyarə zərbədən zərərsiz ötüşməyib. Laynerin mexanikləşdirmə hissəsində yanıq ləkəsi əmələ gəlib. Təyyarə “Şeremetyevo” hava limanında növbəti reys üçün təmir olunur.

Paylaş