Afrikada yoxa çıxmış şəhərin qalıqları tapıldı

Cənubi Afrika Respublikasındakı Vitvatersrand universitetinin arxeoloqlarının qarşısına yeni tapıntı çıxıb. Onlar Yohannesburq ətrafında qədim şəhər aşkar ediblər.

Bizimyol.info xəbər verir ki, həmin şəhər azı 10 min nəfərin yaşadığı meqapolis olub. Arxeoloqlar 800-ə qədər ev müəyyənləşdiriblər.

Şəhəri tapmaqda aktiv optik sistem – lidar əsas rol oynayıb. Bu cihaz müəyyən bir fəzanın üçölçülü görünüşünü yaratmağa imkan verir. Arxeoloqların diqqətini torpağın altındakı qalın bitki örtüyü çəkib. Qazıntılar yoxa çıxmış Kvenenq şəhərini aşkar etməyə kömək olub.

Kvenenq təxminən XV-XIX əsrlər aralığında Afrika insanının yaşayış məskəni sayılıb. 200 il əvvəl naməlum şəraitdə yoxa çıxıb. Bəlkə də, hər hansı təbiət hadisəsi Kvenenqin sonunu çatdırıb. Şəhər dünyanın sivil tərəfindən uzaq olduğundan, geniş informasiyadan məhrumdur.

Kvenenqin ərazisi 20 kvadrat kilometrdir. Qazıntılar göstərir ki, buradakı insanlar hətta şəhər küçələrində heyvan otarırımış. Yəni şəhər böyük inkişaf mərhələsi keçməyib.

Paylaş