İranda 50 min məhkum əfv olunacaq – Siyasi məhbuslar da azad olunacaq

İran dünyanın ən qapalı ölkələrindən sayılır. Orada hakimiyyət də müxalif fikrə dözümsüzlülüyü ilə tanınır.

XariciMedia.com xəbər verir ki, İran hökuməti xeyli siyasi məhbusu azadlığa buraxmağı planlaşdırır. Daha dəqiqi, 50 min məhkum həbsxanadan azad olunacaq.

Bu haqda İranın məhkəmə sisteminin rəhbəri Sadık Laricani danışıb. O, İran inqilabının 40 illiyi ilə əlaqədar əfv fərmanının veriləcəyini bəyan edib. Laricaninin dediyinə görə, ölkənin ali dini rəhbəri Ayətullah Əli Xameyeniyə bununla bağlı təklifi və konkret siyahını təqdim edib. Xameyeni təklifə müsbət reaksiya verib.

Məhkəmə sisteminin rəhbərini bu xəbərə “siyasi məhbuslar azadlığa buraxılır” formasında münasibət narahat edir: “Təəssüf ki, bunu bəziləri siyasiləşdirir və siyasi məhbus məsələsinin yumşaldığını deyirlər. Bizdə siyasi məhbus yoxdur axı. Həm də deyirlər ki, o adamlar tənqidlərə görə həbs olunublar. Bu da yalandır. Biz heç kimi tənqidə görə həbs etməmişik”.

İran konstitusiyasının 110-cu maddəsinin 11-ci bəndinə əsasən, İran dini liderinin məhkumları əfv etmək hüququ var. Hər il məhkəmə sisteminin rəhbərinin vəsatəti ilə inqilab ildönümündə və ya bayramlarda bir sıra məhbuslar əfv oluna bilərlər.

Paylaş