İnsan orqanizmi üçün təhlükəli olan smartfonlar hansılardır?

“Statista” şirkətinin ekspertləri elektromaqnit şüaları çox yüksək olan cmartfonların adlarını açıqlayıb. Bu siyahı şirkətin “Twitter” səhifəsində dərc olunub.

Bizimyol.info xəbər verir ki, atni-reytinqdə birinci yerdə 2017-ci ilin modeli Xiaomi Mi A1 olub. Onun şüalanma səviyyəsi 1.75 kg/vt. müəyyənləşdirilib. İkinci yerdə 1.68 şüalanma səviyyəsilə OnePlus 5T-dir. Üçüncü yerdə isə Xiaomi Mi Max 3 modeli yer alıb.

İlk beşliyi OnePlus 6T və HTC U12 Life qapayır.

Şirkət bu cədvəli müəyyənləşdirərkən Almaniyanın radiasiyadan müdafiə mərkəzinin məlumatlarından istifadə edib. Almaniyada mütəxəssislər şüalanmanın yol verilən dərəcəsini 0.6 kg/vt. hesab edir. Ondan yuxarı həddə şüalanmanın insan orqanizminə ziyanlı olduğunu düşünürlər.

Paylaş