Smartfonların münasibətlərimizə təsiri: Amerikalılar nə deyir?

Hətta dostlarınızla, ailənizlə vaxt keçirərkən də smartfonu (ağıllı telefon) əlinizdən qoymursunuz? Arizona Universitetinin professorları hesab edir ki, bu, müəyyən qədər təkamüllə bağlı məsələdir.

Bizimyol.info xəbər verir ki, universitetdə professor Devid Sbarranın rəhbərliyi altında araşdırmaçılar komandası smartfonların insanlar arasındakı ünsiyyətə təsirini araşdırıb. Alimlər belə nəticəyə gəlib ki, adamların real həyatda başqalarıyla ünsiyyət əvəzinə öz telefonlarına qapılmalarında təkamül rolu oynayır: “İnsanlar başqalarıyla ünsiyyətdə olmaq istəyir. Təkamülüm gedişində insan həmişə öz ailəsi və dostlarıyla sıx qarşılıqlı münasibətlərə üstünlük verib. Bu münasibətlər həm şəxsiyyət, həm də bioloji varlıq kimi, həyatda qalmaq üçün zəruridir. Ancaq bu model insanların bir-birilə ünsiyyəti, informasiya verməsi və başqasının ötürdüyü informasiyaya reaksiyası zamanı yaranan etibara əsaslanır. Belə qarşılıqlı münasibətlər smartfonların sayəsində daha asanlaşır. Smartfona olan meyl beyində insanın həyatda qalması üçün əhəmiyyətli olan köhnə proqramlarla əlaqəlidir.

Smartfonlar və sosial şəbəkələr informasiyanın çatdırılması və başqalarının reaksiyasına imkan yaradır. Virtual əlaqələr mövcud münasibətlərə də təsir göstərə bilər”.

Komanda xeyli tədqiqat aparsa da, bildirirlər ki, virtual əlaqələrin real münasibətlərə mənfi və müsbət təsirlərini tam başa düşmək üçün əlavə araşdırmalar aparılmalıdır.

 

Paylaş