Lenini suda batırdılar

Ukrayna postsovet məkanında SSRİ atributlarına ən dözümsüz yanaşan ölkələrdən olsa da, burada bolşeviklərin lideri Vladimir Leninin heykəlləri hələ də qalır. Dnepr şəhərində Volodyanın büstünü dağıdıblar. Sonra isə büstü 34 metr dərinlikdə suda batırıblar.

XariciMedia.com xəbər verir ki, 2015-ci ilin mayından kommunist, nasist təbliğat predmetlərinin, rəmzlərinin qadağası ilə bağlı qanun qüvvəyə minib. Amma hələ də kiçik qəsəbələrdə Leninin heykəllərini aşırmaq yada düşmür. Dneprdəki fəallar isə daha dözmək fikrində deyil. Bir müddət əvvəl sovet dövrünün nişanələri sayılan bir çox eksponantlar, motosikl və avtobus suda batırılmışdı. Bu dəfə növbə Leninin büstünə çatıb.

Keçən ay Ukraynada daha bir sovet rəmzinin axırına çıxmışdılar. Onda məşhur rus sərkərdəsi Aleksandr Suvorovun heykəlini ictimai yerdən yığışdırmışdılar.

Paylaş