Futbolçu narkotik daşınmasına görə 5 il cəza aldı

Kolumbiya yığma komandasının keçmiş futbolçusu Diyeqo Osorio narkotik maddə daşınmasına görə beş illik məhkum edilib. Amma ona həbs yox, ev dustaqlığı cəzası verilib. Kokain daşınmasında ittiham olunan Osorio həm də 44 min dollar cərimə ödəməlidir.

Bizimyol.info xəbər verir ki, futbolçu 2016-cı ildə paytaxt Boqotanın hava limanında saxlanılmışdı. Onun üzərindən bir kiloqram kokain tapılmışdı.

48 yaşlı Osorio bundan əvvəl də narkotiklə bağlı cinayətlərdə ittiham edilərək, cəzalandırılıb. 2002-ci ildə Mayamidə də onun üzərindən kokain tapılmışdı.

Diyeqo Osorio futbolçu karyerası dövründə müdafiəçi olub. Kolumbiya yığmasıyla yanaşı, klublardan “İndependent”, “Atletiko Nasional” və “Sante Fe”də forma geyinib. Yığmanın heyətində 17 oyunda meydana çıxan Osorio həmdə 1992-ci ildə keçirilən Olimpiya oyunlarının iştirakçısı olub.

Paylaş