Qadın orqanları olmadan doğulan britaniyalı indi ana olmağa hazırlaşır

Britaniyada çox nadir hallarda rast gəlinən uşaqlığın bərpasıyla bağlı əməliyyat keçirilib. Həkimlər bu əməliyyatı bağırsaq fraqmentlərinin köməyilə həyata keçiriblər.

Bizimyol.info xəbər verir ki, İngiltərənin Steykford şəhərindən olan 37 yaşlı Tara Qrattonun üç yaşından səhhətində problemlər olub. O, uşaqlıqdan bir böyrəklə yaşayıb. Həmçinin böyrək infeksiyasına görə tez-tez xəstəxanada yatıb, çoxsaylı antibiotiklər qəbul edib.

Daha sonra həkimlər onda anadangəlmə qüsur nəticəsində qadın cinsi orqanların tam inkişaf etmədiyini aşkarlayıblar.

“Mənim səhhətimdəki problemlərin dəqiq mənbəyini tapmaq üçün həkimlərə çox vaxt lazım oldu. Hətta onlar etiraf edirdilər ki, bundan öncə belə çatışmazlığı olan qız görməyiblər”, – deyə Qratton özü qaddında danışır.

Gələcəkdə normal intim həyatı olması üçün onun 14 yaşı olanda üzərində vaginal kanalın bərpasıyla bağlı əməliyyat keçirilib: “Cərrah böyük riskə gedərək, mənim bağırsağımın 5 santimetrindən istifadə edərək, cinsi orqanımı bərpa elədi”.

Həkimlər deyiblər ki, onun yumurtalıqlarının olması ana olmaq şansını artırır.

Tara Qratton dörd ildir ki, ailə qurub. O, yaxın vaxtlarda daha bir əməliyyat keçirib ana olmağa hazırlaşdığını bildirib.

 

Paylaş