Arvadından təyyarə ilə intiqam almaq istədi, özü öldü

Afrikada ər-arvad mübahisəsi təyyarə ilə törədilən faciəyə səbəb olub. Hadisə Botsvanada baş verib. Hamilə qadın eyni vaxtda həm ərini itirib, həm də evini.

Bizimyol.info xəbər verir ki, ər-arvad doğulacaq uşağa görə evlərində qonaqlıq təşkil ediblər, dostlarını çağırıb əyləniblər. Məclisin qızğın vaxtında ərlə arvadın sözü çəp gəlib, onlar mübahisə ediblər. Sonradan qonaqların dediyinə görə, kişi həyat yoldaşıyla kobud rəftar edib. Ona görə də qadın ərindən məclisi təkr etməsini tələb edib. Ər də çıxıb gedib.

Amma bir qədər sonra məclisdə qalan dostlarından birinə zəng edərək, həyat yoldaşının evin hansı hissəsində olduğunu soruşub. Dostu bu dəqiqləşdirmədən şübhələnib, onun xoşagəlməz planı olduğunu düşünərək, evdəkilərin hamısından tez çölə çıxmalarını istəyib.

Şübhələr özünü doğruldub – az sonra binaya kiçik ölçülü şəxsi təyyarə çırpılıb. Qəzəbli ər təyyarə ilə evini dağıdıb. Həyat yoldaşından intiqam almaq istədiyi halda, özü planının qurbanı olub. O, hadisə nəticəsində həlak olub.

Paylaş