Marsda zəlzələ oldu

Fransanın SEIS seysmoqrafı tarixdə ilk dəfə Marsda yeraltı təkanları qeydə alıb. Bu barədə ölkənin CNES kosmik agentliyi “Twitter”də məlumat yayıb.

Xaricimedia.com xəbər verir ki, SEIS Mars missiyasının 128-ci günündə zəif, amma aydın seysmik siqnallar aşkar edib. CNES-in məlumatına görə, bu, ABŞ-ın “Apollon” missiyasının ötən əsrin 60-70-ci illərində Ayda qeydə aldığı aktivliyi xatırladır.

İlkin informasiya bunun məhz yeraltı təkan olduğunu bildirir. Yəni küləkdən və ya başqa xarici təsirdən söhbət gedə bilməz.

Daha əvvəl bildirilirdi ki, “Curiosity” roveri Marsın Qeyl kraterinin daxilində canlı orqanizmlərin sağ qalması üçün həyati əhəmiyyət daşıyan azot birləşmələri tapıb.

Paylaş