İrsail orduya pul tapmır

İsrail Maliyyə Nazirliyi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı müzakirələrin bərpasını tələb edir. Dövlət qurumu yalnız bu yolla büdcə kəsrinin aradan qaldırılmasını mümkün sayır.

XariciMedia.com xəbər verir ki, nazirlik hələ Qadi Ayzenkotun dövründə İsrail müdafiə ordusunun (TSAXAL) baş qərargahı ilə müddətin dörd ay azaldılması haqda razılıq əldə etmişdi. Razılaşma belə idi ki, gələ il daha ik ay azalma olacaq. Bununla da xidmət müddəti 2,5 ilə salınmalıydı. Hərçənd, Ayzenkot bunun əleyhinəydi.

Maliyyə nazirliyi heç 2,5 il müddəti ilə də razı deyil. Dövlət qurumu xidmətin 2 ilə salınmasını istəyir.

Nazirlik müqaviləli hərbçilərin sayının azaldılmasını da tələb edir. Təxminən 5 min nəfərin ixtisarından söhbət gedir. İsrail müdafiə ordusu isə bununla razılaşmaq istəmir. Ordu rəhbərliyinin fikrincə, bu, ümumi hərbi hazırlığa mənfi təsir göstərəcək. TSAXAL-ın indiki rəhbəri Aviv Koxavi nazirliklə razılaşmağı ağılsızlıq adlandırır.

Paylaş