Məşhur rejissor Çingizxan haqqında film çəkir

Dünya tarixinin ən böyük sərkərdələrindən sayılan Çingizxan yenidən kino qəhrəmanı olacaq. Məşhur rejissor Emir Kusturitsa Böyük Monqol İmperiyasının hökmdarı haqda film çəkir.

Xaricimedia.com xəbər verir ki, serb kino adamı gələn il ekran əsərinin çəkilişlərinə başlayacağı barədə danışıb. O, “Qəhrəman və zaman” kinofestivalında bu xəbəri jurnalistlərə çatdırıb.

Rusiyanın Jeleznovodsk şəhərindəki tədbirdə danışan Kusturitsa deyib: “Çox böyük film olacaq. Həm burada, həm də Qərbdə sevilməyən adamın əslində necə insan olmasını çatdırmağa çalışacağam”.

Rejissor filmin Çingiz Aytmatovun povestinin motivləri əsasında çəkiləcəyini bildirib. Çəkilişlər Rusiyanın müxtəlif yerlərində, Sibirdə və Qafqazda baş tutacaq.

Kusturitsanı bir səhnə çox narahat edir: “O səhnədə Çingizxan çaya yaxınlaşır və gözləyir, nə vaxt donacaq, o tərəfə keçəcək”. Rejissor həmin səhnəni harada çəkmək haqda düşünür.

Paylaş